Bakıda yaşayış binasında yanğın - <font color=red> FOTOLAR</font>

Hadisə

15.06.2020 - 20:59

Həkimlər Klinikalar SEO Xidməti

Siqaret kötüyü yaşayış binasında yanğına səbəb olub

 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. AYNA xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində qeydə alınıb. 

 

Məlumata görə, yanğına səbəb siqaret kötüyü olub. Belə ki, bina sakinlərindən biri siqareti söndürmədən aşağı atıb. Yanan siqaret kötüyü aşağı mərtəbələrdən birinin eyvanına düşüb və orada kartonlar alışıb. Nəticədə yanğın baş verib.

 

Hadisə zamanı mənzildə heç kimin olmadığı bildirilir.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını vaxtında söndürməyi bacarıblar. 

 

Yanğın zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş