Altı nəfər köməksiz vəziyyətdə qalıb

Hadisə

17.11.2019 - 11:42

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Nazirliyin “ qaynar xətt”inə daxil olan digər məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda və Sumqayıt şəhərində ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib, 1 nəfərə köməklik göstərib.

Müəllif: Ayna.az