Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.