Havada tozun miqdarı normadan 1,2-1,3 dəfə artıqdır
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
AYNA-nın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1,2-1,3 dəfə artıqdır.
Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.