Bakıda tanışının maşınını qəsdən aşıran şəxs axtarılır

Hadisə

12.05.2020 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs barədə cinayət işi açılıb

 

Sosial şəbəkələrdə BMW markalı avtomobilin qəsdən dərədən aşırılması ilə bağlı görüntü yayılıb. Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, həmin görüntülərlə bağlı araşdırma aparılıb.

 

Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib.

 

Suraxanı RPİ tərəfindən aparılan araşdırmalar zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Abbasov barəsində cinayət işi başlanıb.

 

Həmin şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş