Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

05.11.2025 - 22:16

DİN məlumat yayıb

Noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş