Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

Cəmiyyət

09.12.2022 - 08:35

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxtda bəzi yollarda sıxlıq müşahidə olunur

Bakıda sıxlıq olan yollar açıqlanıb. AYNA Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, sıxlıq olan yollar aşağıdakılardır:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

4. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət