Bakıda qanunsuz tikintinin qarşısı alınıb - <font color=red> VİDEO</font>

Xəbərlər

08.06.2021 - 15:48

FHN tikinti işlərini dayandırıb və obyekt nəzarətə götürülüb

 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib. AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Müəllif: Ayna.az