Bakıda parkın təmirinə 5 milyon manat ayrılıb

Xəbərlər

19.04.2021 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş