Bakıda mənzildən meyit aşkarlanıb

Xəbərlər

27.08.2024 - 12:43

cedabet dərman SEO Xidməti

Biri azyaşlı olmaqla 9 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 7 nəfərin liftdə və Səbail rayonu ərazisində 1, Binəqədi rayonu ərazisində 1, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş