Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə

12.09.2020 - 16:31

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

 

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əliyev Tofiq Rəhman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az