Qərb bölgəsində 2 milyon manatlıq əməliyyat – <font color=red> VİDEO</font>

Hadisə

17.09.2019 - 18:48

Külli miqdarda dərman preparatları aşkar olunub

 

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq.

Ayna.az