Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Hadisə

27.09.2021 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Meyit aidiyyəti üzrə təhvil verilib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş