Bakıda mağaza yanıb, İmişlidə ev

Hadisə

09.04.2020 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın zamanı 1 nəfər xəsarət alıb 

 

Bakıda mağaza yanıb.

 

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 m² olan mağazada kondisioner, kompüter və elektrik naqilləri 2 p.m yanıb.

 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İmişlidə isə ikimərtəbəli evdə yanğın baş verib.

 

AYNA FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş