Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Xəbərlər

19.07.2024 - 15:39

cedabet dərman SEO Xidməti

Penitensiar Xidmət saxlanılan şəxslərin yaxınlarına müraciət edib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub.

Bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş