Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə

15.02.2021 - 10:56

Aparılan psixoloji söhbətlər nəticəsində vətəndaş özünə qəsd etmək fikrindən daşınıb

 

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az