Bakıda illərin problemi kuliminasiya nöqtəsində: <font color=red> Təəssüf ki, çarə yoxdur</font>

Cəmiyyət

06.11.2020 - 19:12

Həkimlər Klinikalar SEO Xidməti

BNA: Gündəlik xəttə çıxan avtobusların sayının adi rejimlə müqayisədə 15% artırılmasına baxmayaraq, yollardakı tıxac əlavə çətinliklər yaradır

 

Ölkəmizdə COVID-19 virusuna yoluxanların sayı az qala hər gün öz rekordunu yeniləyir. Sözsüz ki, bu yoluxma sayında ən böyük pay paytaxt Bakınındır. Hər kəsə qucaq açan Bakı bu günlərdə virusla mübarizə apararkən, ictimai nəqliyyat problemi əl-ayağına dolaşır, səbrini tükətməyə çalışır. Şəhər sakinlərini avtobusda sıxlıq, yorğunluq, boşuna itirilən zaman bir tərəfdən, virusa yoluxma təhlükəsi digər tərəfdən sıxışdırır.

 

Bütün diqqətlər cəbhəyə yönəldiyi bir vaxtda bu narahatlığa dişini sıxıb səbr edən, bir dəfə də olsun səsini çıxarmayan insanlar olduğu kimi, illərdir köhnə, toz-torpaq içində olan avtobusla səfər etməkdən cana yığılmış insanlar da var. Onların səbri çoxdan tükənib, məsul qurum tərəfindən boş ümidlərlə günü-günə sataraq yola verilən bu sərnişinlər indi virus təhlükəsi ilə də üz-üzə qalınca mövcud problemə olan müqavimətlərini itirməkdədirlər.

Mais Ağayev ailəsi ilə birgə koronavirusa yoluxdu » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AYNA-nın mövcud problemlə bağlı sualını cavablayarkən bildirib ki, gündəlik xəttə çıxan avtobusların sayı adi rejimlə müqayisədə 15% artırılsa da, yollardakı tıxac əlavə çətinliklər yaradır: “Gündəlik aparılan müşahidələr də onu göstərir ki, avtobuslarda və dayanacaq məntəqələrində müşahidə olunan sərniş sıxlığı birbaşa pik saatlarda yollardakı tıxaclarla əlaqədardır. Ayrıca zolaqların olmaması, saat 18:00-dan artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Bunun üçün sərnişin sıxlığını avtobus sayının az olması ilə əlaqələndirmək doğru deyil. Gündəlik xəttə çıxan avtobusların sayının adi rejimlə müqayisədə 15% artırılmasına baxmayaraq, yollardakı tıxac əlavə çətinliklər yaradır”.

 

Onun sözlərinə görə, BNA tərəfindən tibbi maskadan istifadəyə nəzarət üçün də nəzarətçi qrup yaradılıb: “Sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət birbaşa bizim səlahiyyətə aid olmasa da, bunun üçün 120 nəfərlik nəzarətçi qrup formalaşdırılıb. Onlar da hazırda tələbat yüksək olan dayanacaqlarda nəzarət tədbirlərini icra edirlər”.

 

Göründüyü kimi, BNA əlindən gələni etdiyini iddia edir, problemin səbəbini yollardakı tıxacda və avtobuslar üçün əlavə hərəkət zolağının olmamasında görür. Əvvəlki yazılarımızda da ictimai nəqliyyatdakı təsvir etdiyimiz acınacaqlı vəziyyətdən hazırkı durumda çıxış yolunun nədə olduğu, ümumiyyətlə, hər hansı bir yolun olub-olmadığı barədə AYNA nəqliyyat eksperti Elməddin Muradlı ilə həmsöhbət olub. O deyib ki, ictimai nəqliyyatın bugünkü problemləri illərdir yığılıb qalıb və qısa müddətdə həlli mümkün deyil.

 

“İctimai nəqliyyatdakı problemlərlə bağlı uzun müddətdir ki, danışır, təkliflər veririk. Dövlət qurumları da çalışır ki, məsələnin həllinə nail olsunlar, amma hələ də problem öz həllini tapmayıb. Çünki bu, illərdir ki, yığılıb qalan problemdir və qısa müddətdə həlli mümkün deyil. Birincisi, Azərbaycanda dövlət tərəfindən yeni-yeni ictimai nəqliyyata dəstək göstərilir. Bildiyimiz kimi, dövlət tərəfindən ayrılan vəsaitlə ilkin mərhələdə 300 avtobus alınıb gətirildi. Yenidən 100-dən artıq avtobus alındı, həmçinin cənab Prezidentin göstərişi ilə yenə də alınmalıdır”, - ekspert bildirib.

Afaq Bəşirqızı və küçə uşaqları... ELMƏDDIN MURADLI YAZIR

Muradlı xatırladıb ki, bu vaxta qədər ictimai nəqliyyatı özəl şirkətlər idarə edib, onların avtobusları işləyib: “Lakin nəticə olaraq onların əksəriyyəti etimadı tam doğrulda bilmədiyinə görə, dövlət “BakuBus” MMC-ni yaratdı və artıq onun tərkibində 700-ə yaxın avtobus var. Təbii ki, bu avtobuslar arasında xarab olanları, yol nəqliyyat hadisələri zamanı yararsız hala düşənləri oldu və beləliklə demək olmaz ki, bu gün həmin avtobusların hamısı xidmətdədir. Bir tərəfdən yeni avtobuslar gətirilsə də, digər tərəfdən artıq istismar müddəti bitmiş avtobuslar xətdən çıxarılır. Bu, belə də olmalıdır, əks halda istismar müddəti bitmiş, yararsız hala düşmüş avtobuslarla sərnişin daşımaq təhlükəlidir. İndiki halda da metronun fəailiyyətini dayandırması marşrut xətlərinin yükünü daha da artırır”.

 

“Bugünkü bu problemin digər başlıca səbəbi də Hacıbala Abutalıbovun başçı təyin olunduğu dövrdən sonra ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybusların tamamilə məhv edilməsi ilə bağlıdır. Hazırkı çıxılmaz vəziyyətin səbəbi, məhz bu gedən proseslərdən qaynaqlanır. İindiki halda problemin tez bir zamanda həllini tapacağını gözləməsək də, bir müddət sonra ümid edək ki, həll olacaq. Bu gün ölkədə COVID-19 pandemiyası, Vətən müharibəsi gedir. Təbii ki, bu amillər iqtisadiyyata təsirsiz ötüşmür. Belə bir vaxtda tez bir zamanda yüzlərlə avtobusun alınıb gətirilməsi real görünmür. Tramvay, trolleybus işləsəydi, metronun işləmədiyi bu günlərdə onlardan istifadə etmək olardı, hər halda yerüstü nəqliyyat vasitəsi və əlverişli nəqliyyat idi. Prezidentin göstərişi ilə dövlət proqramında ictimai nəqliyyat növlərinin bərpa edilməsi məsələsi öz əksini tapır və yəqin ki, yaxın gələcəkdə bu öz həllini tapacaq. Lakin o vaxta qədər hələlik bu proses belə də davam edəcək. Çünki avtobus çox bahalı bir nəqliyyat növüdür. Təxminən 300-500 min manat dəyəri var, ən ucuzu 150 min manata gəlir və çox təəəssüf ki, avtobusların ölkəyə gətirilməsinə görə gömrük rüsumları da ötən ildən etibarən bahalaşdı. Bütün bunlar vəziyyəti gərginləşdirir. Özümüzün avtobus istehsalımız olmadığı halda, gömrük rüsumlarının artırılması da başqa bir problemdir və istər-istəməz təsir göstərir”, - həmsöhbətimiz vurğulayıb.

 

Avtobusların gətirilməsi üçün ödənilən gömrük haqqının çoxluğundan danışan ekspert, bu sahədə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edib: “Təsəvvür edin ki, siz gətirdiyiniz hər 150 minlik avtobusa görə 15-20 min manat gömrük rüsumu ödəyirsiniz, bu, o deməkdir ki, 10 avtobusun rüsumunu yığanda bir avtobus ala bilərsiniz. Sahibkar nə qədər qazanmalı, çalışmalıdır ki, avtobuslara bu qədər pul ayırsın və bu avtobsuları da nə qədər istismar etsin ki, həmin pulu çıxara bilsin? Ona görə də bu sahədə vəziyyət heç də normal deyil, gərgindir. BNA əlindəki bütün imkanlardan istifadə edir, amma olan reallıq budur. Bundan artıq nəsə etmək hələ mümkün deyil. Sadəcə olaraq, vətəndaşlar da bir qədər təmkinli olmalı, lüzumsuz yerə şəhərə çıxmamağa çalışmalıdırlar. Bu da bir reallıqdır ki, heç bir vacib işi olmadan şəhərə çıxan onlarla insan var. Bu da günün pik saatlarında əlavə problem yaradır. Başa düşürəm, insanlara hansısa bir formada rahat hərəkət üçün şərait yaradılmaldır, amma əldə imkan yoxdursa, bu şərait necə yaradıla bilər?”.

 

“Çox çətin bir dövrdəyik, ictimai nəqliyyatla bağlı çətinliyimiz var, bunu etiraf etmək lazımdır. Yaxın zamanı demirəm, amma gələcəkdə bu problemin həlli mümkün olacaq. Çünki ictimai nəqliyyatın digər növlərinin yaradılması, yeni avtobusların gətirilməsi gündəmdədir. Və beləliklə vəziyyətdən müəyyən qədər çıxış yolu ola bilər. Metronun pandemiyadan sonra fəaliyyəti bərpa olunacaq və metro stansiyalarının artırılması məsələsi gündəmdədir. Bakının Baş Planında bu məsələ də öz əksini tapıb. Yol şəbəkəsinin genişləndirilməsi, əlavə yolların çəkilməsi məsələsi nəzərdə tutulur. Bakı kəndləri ilə mərkəzinin maneəsiz şəkildə birləşdirilməsi də Baş Planda nəzərdə tutulub. Bunlar da öz həllini taparsa, mənə elə gəlir, Bakının bu nəqliyyat problemi öz həllini tapacaq”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş