Mehriban Əliyeva şəhid qızının harayına yetişib

Cəmiyyət

13.11.2019 - 13:26

Şaban Cəfərovun “Xalq Bank” tərəfindən həbs qoyulan evi şəhidin ailəsinə qaytarılıb

 

“Birinci Vitse-prezident Mehriban Əliyev şəhid qızının harayına hay verdi. Şəhid Şaban Cəfərovun “Xalq Bank” tərəfindən həbs qoyulan evi şəhidin ailəsinə qaytarıldı. İndi şəhid Şaban Cəfərovun ailəsi sevinc içindədir. İndi şəhid Şaban Cəfərovun ruhu şaddır”.

 

AYNA xəbər verir ki, bu barədə, "Şəhid qızının harayı" kampaniyasının təşkilatçısı Səbinə Yusif xəbər paylaşıb.

 

“Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, mən əmin idim ki, şəhid ailəsinin problemindən xəbərdar olan kimi, siz şəhid ailəsinin yanında olacaqsınız. Mən sizə, dövlətimizə güvənib şəhid qızına köməklik istədim. Sizə o qədər təşəkkür edirəm ki... Səsimizə yenə də səs verdiniz”, - deyə təşkilatçı yazıb.

 

S.Yusif onu da qeyd edib ki, Birinci Vitse-prezidentin yardımı ilə, şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub.

Müəllif: Ayna.az