Bakıda həkim-laborantın intihara cəhdi araşdırılır

Hadisə

19.10.2021 - 19:58

Həkimlər Klinikalar SEO Xidməti

Nizami Rayon Prokurorluğu araşdırma aparır

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-laborant işləyən Əsədli Aynur Azad qızının intihara cəhd etməsi barədə vətəndaş müraciəti əsasında hazırda Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

AYNA xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızının qayçı ilə özünü doğrayaraq intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb. Həkim yoldaşlarının intihara mane olduğu və cəhdin qarşısını aldıqları bildirilib.

Unikal.org-a danışan həkim intihara cəhd etməsini institutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezməsi ilə əlaqələndirib. İddiasına görə, ötən həftənin cümə günü vaksinasiyaya gedən zaman işdə olmadığı müddətdə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs şöbə müdiri Nuriyyə Səlimova olsa da, günahı onun üzərinə atıblar.

Xatırladaq ki, Qeyd edək ki, artıq bir neçə ildir A. Əsədli ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru və şöbə müdiri arasında narazılıq var. Hətta tərəflər bir-birini məhkəməyə də veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş