Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.