FHN-ə həyəcan siqnalı daxil olub

Hadisə

21.10.2019 - 10:26

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az