Bakıda daha bir marşrut xətti kartla ödənişə keçirilib

Xəbərlər

07.07.2021 - 19:07

Həkimlər Klinikalar SEO Xidməti

217 nömrəli marşrutda ödəniş “BakıKart”la olacaq

 

Sabahdan 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu Zabrat qəsəbəsi və Abşeron rayonu Məhəmmədi qəsəbələri üzrə Babək küç., 336, Oktyabr küç., Sadiq Cəfərov küç., 26.Sabunçu qəs., Çingiz Mustafayev küç.,13 Məhəmmədi qəs, ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş