130 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Avqustun 18-dən 130 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Lökbatan qəsəbəsinin İntiqam Əliyev küçəsi, keçid 15/94, Alim Şəbiyev küçəsi, Seymur Orucov küçəsi, “28 may” küçəsi, Xocasən qəsəbəsi Həmid Sultanov küçəsi 97b, Ruslan Allahverdiyev küçəsi, döngə 11/278, Biləcəri dairəsinin Rəşid İsmayılov küçəsi 56 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.