Bakıda “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək

Xəbərlər

01.10.2025 - 23:27

İlk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merlər bir araya gələcək

Bakıda oktyabrın 13-17-də yüksəksəviyyəli “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib.

Elmar Məmmədov qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merlər bir araya gələcək.

“2020–2030-cu illəri əhatə edən 10 illik D-8 inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək”, - idarə rəisi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş