Bakıda çoxmərtəbəli binada yanğın olub

Hadisə

24.11.2025 - 18:10

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş