Bakıda baş vermiş yanğın söndürülüb

Hadisə

04.05.2020 - 02:01

Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında yerləşən evdə yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az