Bakıda avtomobil 68 yaşlı piyadanı vurub

Xəbərlər

20.11.2021 - 07:26

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Poladov Tərcuman Əlixan oğlu Müşfiqabad qəsəbəsində yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş