Bakıda ağır yol qəzası: ölənlər var

Hadisə

23.04.2021 - 08:56

Həkimlər Klinikalar SEO Xidməti

İki nəfərin meyiti deformasiyaya uğrayan avtomobilindən çıxarılıb

 

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş