Bakıda ağacların kəsilməsinə görə 4 nəfər saxlanılıb

Xəbərlər

02.10.2025 - 13:50

Ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir

Bakının Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş