Bakıda 34 minədək təhsil işçisi vaksinasiyaya qoşulub

Xəbərlər

23.12.2021 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir

Paytaxtda təhsil işçilərinin 33 min 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, onlardan 8 min 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş