Bakıda 11 yaşlı usağı atası <font color=red> başından bıçaqlayıb</font>

Hadisə

27.05.2020 - 11:02

Polis hadisə ilə bağlı araşdırma aparır

 

“Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı araşdırma başlanılıb”. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb: “Hadisə ilə bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

 

Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Hadisə ilə bağlı ilk məlumatı “Report” yayıb.

 

Müəllif: Ayna.az