Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət məktəbdən kənarda qalmış şəxslər üçündür
Bakı üzrə 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət məktəbdən kənarda qalmış şəxslər üçündür.
Bu, onların fərdi qaydada təhsil almalarına şərait yaradır.