AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının yerinə yetirilməsi nəzərdə tutulur
Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 12 yanvar 2024-cü il tarixinə nəzərdə tutulan reysi ləğv edilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, lakin milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.