Bakı sakini mənzilində ölü tapılıb

Hadisə

25.08.2021 - 09:35

Meyit aidiyyəti üzrə təhvil verilib

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

AYNA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Yeramin Aleksandr Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az