Bakı-Naxçıvan-Bakı reysinə biletlərin satışı müvəqqəti dayandırılır

Cəmiyyət

13.06.2020 - 23:28

Həkimlər Klinikalar SEO Xidməti

7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır

 

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır.

 

AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. 

 

Məlumata görə, ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

 

Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

 

Xatırladırıq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş