Bakı metrosunda sərnişin stansiya yoluna düşüb

Hadisə

25.12.2023 - 00:10

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə “Xalqlar dostluğu” stansiyasında baş verib

Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasında təxminən 65-70 yaşında kişi sərnişin, ilkin məlumata əsasən, ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən, stansiya yoluna düşüb.

"Bakı Metropoliteni" QSC-dən AYNA-ya bildirilib ki, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılıb.

Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş