Qızıl, “beşbarmaq” və bıçaqlar aşkarlanıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.
"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.