Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

Xəbərlər

06.05.2024 - 19:49

Qatar 6 dəqiqə yubanma ilə stansiyanı tərk edib

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bu barədə AYNA-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.

Müəllif: Ayna.az