Bakı məktəblərində 47 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Xəbərlər

23.12.2025 - 17:50

Proses elektron sistem vasitəsilə həyata keçirilib

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 min 378 şagirdin elektron sistem vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş