Bakı-Ələt-Qazax-Gürcüstan magistralında təmir başlayıb

Xəbərlər

05.08.2024 - 15:47

cedabet dərman SEO Xidməti

Avtomobil yolunda dəmir tirlər təmir olunacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, işlərin icrası bu gün saat 14:00-dan başlayaraq 11 avqust saat 18:00-dək davam edəcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş