Bağlı qalmış 7 cinayətin üstü açılıb

Xəbərlər

07.07.2020 - 15:42

cedabet dərman SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 21 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, iki nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli on fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş