Azyaşlı qızın nişanlanması ilə bağlı istintaq başlanıb

Xəbərlər

08.02.2021 - 22:10

Həkimlər Klinikalar SEO Xidməti

Tbilisi polisi video yayımlandıqdan dərhal sonra hərəkətə keçib 

 

Gürcüstanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan video ilə əlaqədar istintaqa başlayıb.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, Tbilisi polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin müdiri video yayımlandıqdan dərhal sonra hərəkətə keçib və Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaq başladılıb.

 

Videoda qeyd olunan halların müəyyənləşdirilməsi üçün göstərilən cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş