Azyaşlı qız 120 ədəd dərman içib

Hadisə

11.02.2020 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib

 

Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içib.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan üç yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib.

 

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş