Azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən ata tutulub

Hadisə

31.05.2021 - 14:22

İlkin istintaqla cinayətin zərərçəkmişin atası tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşib

 

Baş Prokurorluq Bakıda azyaşlı oğlunu boğaraq öldürən ata barədə məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.

 

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az