AzTV-nin daha iki əməkdaşı COVID-19-a yoluxub

Xəbərlər

06.07.2020 - 15:07

cedabet dərman SEO Xidməti

Fikrət Adıgözəlov və Rövşən Binnətlinin testinin nəticəsi pozitiv olub

 

“Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir”. AYNA xəbər verir ki, bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

 

N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq”. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş