AzTV-nin daha bir əməkdaşı COVID-19-dan vəfat edib

Xəbərlər

03.07.2020 - 10:22

cedabet dərman SEO Xidməti

Televiziyanın baş redaktoru Etibar Babayev dünyasını dəyişib

 

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. AYNA xəbər verir ki, televiziyanın Telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVID-19 infeksiyasının qurbanı olub.

 

Məlumata görə, 53 yaşlı E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Mərhum bir çox televiziya layihələrinin, bədii-publisistik, sənədli, musiqili video və qısametrajlı filmlərin rejissoru kimi tanınıb.

 

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin…

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş