Proqram günün istənilən saatında AzTV-ni seyr edə bilmələri üçün hazırlanıb
Azərbaycan Televiziyasının (AzTV) mobil əlavəsi istifadəyə verilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, tətbiq tamaşaçıların günün istənilən saatında istənilən məkanda AzTV-ni daha əlçatan formada seyr edə bilmələri üçün hazırlanıb.
Mobil əlavəni yükləyənlər AzTV-ni canlı seyr etmək imkanı əldə etməklə yanaşı, həm də kanalın rəsmi internet saytı www.aztv.az-da gündəlik tirajlanan rəsmi, dəqiq xəbərləri, ölkədən və dünyadan hazırlanmış eksklüziv reportajları oxuya, izləyə biləcəklər.
Mobil tətbiqi yükləmək istəyənlər linkə keçid edə bilərlər: https://play.google.com/store/apps/details?id=com.aztv.tabaztv