AzTV-də yeni layihə: tarixi qətllər araşdırılacaq - <font color=red> VİDEO</font>

Xəbərlər

25.02.2021 - 12:16

“Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir

 

Azərbaycan Televiziyasında (AzTV) yeni layihə start götürür. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, “Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir.

 

Çəkiləcək bədii-sənədli filmlərin qəhrəmanları faciəvi ölümü ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimləri olacaq.

 

Filmlər sözügedən şəxsiyyətlərin ölüm səhnələri ilə başlayacaq və sanki onların həyatının sonundan əvvəlinə doğru ekskurs ediləcək.

 

Bəzi şəxsiyyətlərin müəmmalı ölümü tarixi detektiv üslubda araşdırılacaq və müxtəlif fərziyyələr irəli sürüləcək.

 

“Qətl Planı” fevralın 25-i saat 21:30-da AzTV-də yayımlanacaq.

Müəllif: Ayna.az