Reportajda əsgərlərimizin işğaldan azad etdiyi postlarda necə xidmət etdiyini onların dilindən eşidəcəksiniz
Azərbaycan Televiziyasının “AZTV Xəbər” proqramı ilk dəfə düşmən tapdağından azad etdiyimiz "Bala Göyçə" gölündən geniş reportaj hazırlayıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumatına görə, çəkiliş qrupu hazırladığı reportajda əsgərlərimizin işğaldan azad etdiyi postlarda necə qürurla xidmət etdiyini onların dilindən eşidəcəksiniz.
"Bala Göyçə"dən ilk dəfə hazırlanan geniş reportajı "AZTV xəbər"in saat 20:00 buraxılışında izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=zX58Eioe0v0&ab_channel=AZTV