İranda azərbaycanlı gənci 13 il müddətinə azadlıqdan məhrum ediblər
Cənubi Azərbaycanın "Traktor" komandasının azarkeşinə 13 il həbs cəzası kəsilib. Bu barədə AYNA-ya Cənubi Azərbaycanda yaşayan soydaşlarımız məlumat veriblər.
Bildirilib ki, "Traktor" komandasının azarkeşlərinin başçılarından biri olan Kazım Səfabəxş (Kazım Koroğlu kimi tanınır – red.) 25 noyabr 2018-ci il tarixdə "Traktor"un önəmli oyunlarından birində həbs olunub. 30 yaşlı gənc Tehran məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Ayna.az